Natiq Kərimovun məhkəməsində oğlu ifadə verməkdən imtina edib
16 mart 2017 16:43 (UTC +04:00)

Natiq Kərimovun məhkəməsində oğlu ifadə verməkdən imtina edib

Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə N.Kərimovun oğlu Kamran Kərimov şahid qismində sərbəst ifadə verməkdən imtina edib.

 

Daha sonra digər şahidlər - Gülxanım Rəsulov, Ramiz Manafov, Nigar Ağayeva, Cavanşir Hüseynova, Səbuhi Səlimov, Məmmədağa Əliyev, Əli Zeynalov və Rauf Məmmədov dindirilib. Şahidlər ifadəsində Nardaran Ağsaqqallar Şurası və Azərbaycan İslam Partiyası tərəfindən 50, 100 və 250 manat məbləğində yardımlar aldıqlarını söyləyiblər.

 

Məhkəmə prosesi martın 30-a davam edib.

 

Qeyd edək ki, Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanında məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin qurumun tapşırıqlarını yerinə yetirməkdə, dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməkdə təqsirləndirilir.

 

N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

 

Xarici xüsusi xidmət orqanında məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməkdə, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Əhədov İnqilab Xəlil oğlu da Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Səlcuq Elçin

Oxşar yazılar