<b>Natiq Cəfərlinin şikayəti üzrə məhkəmənin vaxtı bilinib</b>
16 avqust 2016 10:22 (UTC +04:00)

Natiq Cəfərlinin şikayəti üzrə məhkəmənin vaxtı bilinib

0

REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərlinin barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayətinin vaxtı bilinib.

Lent.az-a bu barədə vəkil Cavad Cavadov məlumat verib. O bildirib ki, Natiq Cəfərlinin şikayəti üzrə məhkəmə sabah 15:00-da Bakı Apellyasiya Məhkəməsində olacaq. Proses qapalı keçiriləcək

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N.Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N.Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar