Natiq Cəfərli Kürdəxanı təcridxanasına köçürüləcək - YENİLƏNİB
13 avqust 2016 13:50 (UTC +04:00)

Natiq Cəfərli Kürdəxanı təcridxanasına köçürüləcək - YENİLƏNİB

0

"Real"ın icra katibi olan Natiq Cəfərli barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti veriləcək.

 

Bu barədə Lent.az-a Natiq Cəfərlinin vəkili Cavad Cavadov məlumat verib.

 

Vəkil bildirib ki, bu gün Natiq Cəfərli lə bağlı vəkil orderini Baş Prokurorluğa təqdim edib: “Məhkəmə qərarından apellyasiya şikayətini birinci gün təqdim edəcəm. Eyni zamanda onun mənzilində axtarışla bağlı da apellyasiya şikayəti veriləcək”.

 

****

Respublikaçı Alternativ Hərəkatının ötən gecə həbs edilən icra katibi Natiq Cəfərli bu gün Bakı İstintaq İdarəsinə köçürələcək.

Lent.az-ın məlumatına görə, bu barədə onun yaxınları məlumat verib. Bildirilib ki, Natiq Cəfərli bu gün Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına aparılacaq.

Qeyd edək ki, dünən  axşam saatlarında Natiq Cəfərli Ağır Cinayətlərə dair  işlər üzrə istintaq İdarəsinə aparılıb. Daha sonra Nəsimi rayon Məhkəməsində  N. Cəfərli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 N, Cəfərli qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar