Natiq Cəfərli azadlıqda - <span style="color:red;">FOTO  - <span style="color:red;">YENİLƏNİB
09 sentyabr 2016 19:39 (UTC +04:00)

Natiq Cəfərli azadlıqda - FOTO - YENİLƏNİB

0

Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Bu barədə Lent.az-a vəkil Cavad Cavadov bildirib:

 

"Bu gün Nəsimi Rayon Məhkəməsində prokurorluğun Natiq Cəfərlinin həbsdən azad olunması barədə təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və onun azadlığa buraxılması barədə qərar qəbul edib".

N. Cəfərli özü isə APA-ya açıqlamasında bu qərarın Baş Prokurorluğun təqdimatı əsasında verildiyini qeyd edib.

 

“Lakin mənim barəmdə olan cinayət işinin araşdırılması davam edir”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

Foto - Turxan Qarışqa

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 466

Oxşar yazılar