Natiq Cəfərli apellyasiya şikayəti verib
09 sentyabr 2016 15:14 (UTC +04:00)

Natiq Cəfərli apellyasiya şikayəti verib

0

Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib. Bu barədə Lent.az-a vəkil Cavad Cavadov bildirib. Vəkilin sözlərinə görə, apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim edib, şikayətə yaxın günlərdə baxılacaq.

 

Xatırladaq ki, sentyabrın 6-da Nəsimi Rayon Məhkəməsində N.Cəfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib. Qeyd edək ki, N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. N.Cəfərli Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrinə əsasən təqsirli bilinir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar