Narkotikdə təqsirləndirilən Gürcüstan vətəndaşları Archil Darsalia, Lekso Mosidze, Müşfiq Piriyev, Zakir Bayramov və Hüseyn Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Piriyev və A. Darsalia 2 il 6 ay, L. Mosidze, Z. Bayramov, H.Ramazanovun isə hər biri 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə təqsirləndirilən şəxslərin cəzasını çəkdikdən sonra Azərbaycan hüdudlarından məcburi çıxarılması haqqında qərar verib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər bu il fevralın 10-da Qazax rayonunda yerləşən Gürcüstan-Azərbaycan sərhədini qanunsuz yolla keçərkən saxlanılıblar. Onların üzərinə baxış zamanı narkotik vasitə aşkarlanaraq götürülüb.