Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Müsavat Partiyasının üzvü Sirac Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Sirac Kərimli 6 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Sirac Kərimli ötən il iyulun 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir.
S. Kərimlinin qardaşı Müsavat partiyası başqanının müavini Fərəc Kərimli də məhbus həyatı yaşayır.