Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əli Quliyevin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən onun şikayəti təmin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, Ə.Quliyevin cəzası 2 il azaldılaraq, 8 ildən 6 ilə endirilib.
Qeyd edək ki, keçən il polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Quliyev saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsində) ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.