Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən 1970-ci il təvəllüdlü İlham Güləliyevin cinayət işi üzrə məhkəmə başa çatıb. Lent.az-ın məlumatına görə, məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Güləliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il sentyabr ayında Bakı şəhər Baş Polis İdarəsinin Qaradağ rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları paytaxtın Qaradağ rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib. Əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü İlham Güləliyev həbs edilib. Ondan 3 kiloqramdan artıq qurudulmuş marixuana götürülüb.