Tərkibində narkotik maddələr olan bitkiləri əkməkdə təqsirləndirilən Arif Soltanovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən proses hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, A.Soltanov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Nardaran qəsəbə sakini A.Soltanov evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkməkdə təqsirli bilinib. Polisin keçirdiyi əməliyyat nəticəsində onun evinin həyətində 93 ədəd narkotik kolu aşkarlanıb.
Məhkəmə prosesində A.Soltanov özünü təqsirli bildiyini deyib. O, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkdiyini etiraf edib.
A.Soltanov Cinayət Məcəlləsinin 237-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmək) maddəsi ilə ittiham olunub.