Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1968- ci il təvəllüdlü Rüzgar Ağalarovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə görə, Rüzgar Ağalarov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rüzgar Ağalarov 3 qram heroinle saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234 (qanunsuz olaraq narkotik maddələrin dövriyyəsi) maddəsi ilə ittiham verilib.