Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əmir Dəmirov və Əli Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Əmir Dəmirov 7 il, Əli Zeynalov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs metronun "20 Yanvar" stansiyası yaxınlığında saxlanılıb. Onların üzərində aparılan axtarış zamanı 2.826 qram qurudulmamış marixuana aşkarlanıb. Onlara Cinayət Məcəlləsinin 234.4.1 maddəsi ilə cinayət başlanılıb.