Nardaranda yerli əhali radikallara qarşı
26 noyabr 2015 17:05 (UTC +04:00)

Nardaranda yerli əhali radikallara qarşı

Bu gün Nardaran qəsəbəsində baş vermiş silahlı insidentdən sonra yerli əhali ilə radikal qrupun təmsilçiləri arasında narazılıq yaranıb.

 

Lent.az-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, onlar əslən nardaranlı olmayan Hacı Talehin qəsəbədə qalmasından, özünün radikal dəstəsi ilə burda toplaşmasından narazılıq ediblər. Bunu dəfələrlə ona evində sığınacaq verən və sayları cəmi bir neçə nəfər olan qəsəbə sakinlərinə də bildiriblər.

 

Lakin bu barədə xəbərdarlıqlar nəticə verməyib. Hazırda da qəsəbə ağsaqqallarının bir qrupu Nardaranda belə hadisələrin baş verməsinə qarşı çıxır, bu insidentin onlara lazım olmadığını bildirir.

 

Qeyd edək ki, Taleh Bağırov əslən İsmayıllı rayonunun Talıstan kəndindəndir.

 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin bu gün yaydığı birgə məlumatda bildirilib ki, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302

Oxşar yazılar

Gəncədə piyadanı maşın vurdu

Gəncədə piyadanı maşın vurdu

6 iyul 2025 , 22:44
Ucarda qəza-Xəsarət alanlar var  -FOTO

Ucarda qəza-Xəsarət alanlar var -FOTO

6 iyul 2025 , 18:49
Şərurun kəndlərinə sel gəldi-VİDEO

Şərurun kəndlərinə sel gəldi-VİDEO

6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO

Bulvarda batan qadın belə xilas edildi-VİDEO

6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var   - YENİLƏNİB

Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB

6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı

Laçında yük maşını dərəyə aşdı

6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

6 iyul 2025 , 08:54