Nardaranda meydan boşaldı, yollar təmizləndi  - <span style="color:red;">YENİLƏNİB
29 noyabr 2015 20:14 (UTC +04:00)

Nardaranda meydan boşaldı, yollar təmizləndi - YENİLƏNİB

Nardaran qəsəbəsində sakinlərin toplaşdığı İmam Hüseyn meydanı boşalıb.

 

APA-nın qəsəbədə olan əməkdaşı xəbər verir ki, artıq texnika vasitəsilə qəsəbənin yollarına tökülmüş daş-kəsək təmizlənib, mərkəzi meydanda qurulmuş çadır sökülüb.

 

Sakinlər öz evlərinə dağılışıblar.

 

Qəsəbəyə gələn marşrut avtobuslar və maşınlar ənənəvi yoldan istifadə edirlər.

 

***

17:09

Noyabrın 29-da Nardaran qəsəbəsinin Hüseyniyyə Məscidində bir qrup qəsəbə sakini yaranmış vəziyyəti müzakirə edib.

 

APA-nın qəsəbədə olan əməkdaşı xəbər verir ki, Nardaran sakini Natiq Kərimov bildirib ki, problem yalnız dinc yolla həll edilməlidir. O qeyd edib ki, hər cür qarşıdurmadan yayınmaq, hadisə zamanı dünyasını dəyişənləri dəfn edəndən sonra digər məsələləri də danışıqlar yolu ilə həll etmək lazımdır.

 

N. Kərimov camaata meydanı boşaltmağı da təklif edib.

 

Digər sakinlər də insanları meydanı boşaltmağa və evlərinə getməyə çağırıblar.

 

Məscidə toplaşmış Nardaran sakinləri və insident zamanı həlak olanların yaxınları da fikirlərini bildiriblər.

 

Sonda qəsəbənin mərkəzindəki İmam Hüseyn meydanının bu gün boşaldılması haqqında qərar verilib.

# 190
avatar

Oxşar yazılar