Nardaranda “Azəriqaz” İB-yə məxsus 260 metr boru oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinə “Azəriqaz” İstehsalat Birliyindən Nardaran qəsəbəsinin infrastrukturun yenilənməsi və sosial problemlərinin həlli məqsədi ilə yeni qaz xətlərinin çəkilməsi üçün nəzərdə tutulan borulardan 260 metrinin oğurlanması barədə şikayət ərizəsi daxil olub.
Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi dəyəri 3000 manat olan qaz borularını oğurlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini Süleyman Salmanov saxlanılıb.
Onun qəsəbə ərazisində yaşadığı evin həyətinə baxış zamanı oğurlanan qaz boruları aşkar olunaraq maddi sübut kimi götürülüb.
Qeyd edilən faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.