Nardaranda son durum necədir? - <span style="color:red;">İSTİ XƏBƏR
27 noyabr 2015 19:45 (UTC +04:00)

Nardaranda son durum necədir? - İSTİ XƏBƏR

0

Nardaranda əhali dünənki hadisədə ölən şəxslərin cənazələrinin gətirilməsini gözləyir. Lent.az-ın qəsəbədə olan əməkdaşının verdiyi məlumata görə, təxminən 150-200 nəfər insan bir neçə qrupa bölünüb və kənddə qalanmış bir neçə  tonqalın ətrafında toplaşıb. Əməkdaşımız qəsəbədən bildirir: "Onlar əllərində dəmir borularla gözləyirlər".

 

Hazırda qəsəbəyə nəqliyyat vasitələrinin girişi məhdudlaşdırılıb. Bir qrup yerli sakin yolu bağlayıb və Nardarana gələnləri sorğu-sual edərək qəsəbəyə buraxırlar.

 

Nardarana elektrik enerjisinin verilişi dayandırıldığından qəsəbə qaranlığa bürünüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 623

Oxşar yazılar