Nardaran hadisələrində saxlanılan şəxsin şikayətinə baxılıb
19 aprel 2016 10:18 (UTC +04:00)

Nardaran hadisələrində saxlanılan şəxsin şikayətinə baxılıb

0

 

Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan Zakir Mustafayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair verilmiş apellyasiya şikayətinə baxılıb. 

 

Lent.az-ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə 

Z.Mustafayevin şikayəti təmin olunmayıb  və Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. 

 

 Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsində Z.Mustafayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti dörd ay uzadılıb. Qərardan narazı qalan Z.Mustafayev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 387

Oxşar yazılar