Nardaran hadisələrinə görə həbs edilənə hökm oxundu
03 may 2016 10:52 (UTC +04:00)

Nardaran hadisələrinə görə həbs edilənə hökm oxundu

 

Sabunçu Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı həbs edilən Sahib Zəkiyevin cinayət işi üzrə məhkəməsi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S.Zəkiyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, 2015-ci il noyabrın 26-da DİN tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Orada çox sayda şəxs saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218
avatar

Səlcuq Elçin

Oxşar yazılar