Nardaran hadisələrində tutulanların vəsatəti təmin edildi
26 avqust 2016 13:16 (UTC +04:00)

Nardaran hadisələrində tutulanların vəsatəti təmin edildi

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı tutulan Müsəlman Birliyi təşkilatın sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

 

Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndiriləndən Abbas Hüseynov çıxış edərək məhkəmə sədrinə hakimlərdən etiraz edib. O bildirib ki, hakimlər şahidlərə istiqamət verirlər. Hakim bildirib ki, şikayətinizi sədrə çatdırarıq. Daha sonra vəkillər tutulan şəxslər barəsində bədənlərində olan xəsarətlərlə bağlı tibbi ekspertizanın keçirilməsini istəyib. Vəkillər eləcə də, təqsirləndiriləndən Şamil Əbduləliyevin bədənində hələ də olan güllələrin çıxarılmasını tələb ediblər. Məhkəmə vəsatətləri təmin edib.

 

 

Prosesdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla bağlı Mübarizə İdarəsinin əməkdaşı Elçin Tağıyev vəkillərin suallarına cavab verib. Vəkil Yalçın İmanov sual verərək bildirib ki, əməliyyat zamanı polislərdə qumbara olub? Polis əməkdaşı vəkilə cavab olaraq deyib ki, hadisə yerində qumbara olmayıb. Proses günün ikinci yarısı davam edəcək.

 

 

 

Qeyd edək ki, T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb. AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05