[b]Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin təlimi başlayıb[/b]
02 iyun 2016 18:05 (UTC +04:00)

[b]Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin təlimi başlayıb[/b]

 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Qars şəhərində iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə təlim başlayıb.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimdə Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev və Türkiyə Respublikasının Üçüncü Ordu komandanı ordu generalı İsmail Serdar Savaş iştirak edirlər. Eyni zamanda təlimə ilk dəfə olaraq müşahidəçi qismində Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələri də qatılıblar.


1200-dən artıq şəxsi heyətin iştirakı ilə keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi Silahlı Qüvvələr arasında təcrübə mübadiləsini reallaşdırmaqla qarşılıqlı əlaqələri inkişaf etdirmək, qərargahlarda müştərək planlaşdırma fəaliyyətlərini yoxlamaq, hərbi bölmələrin hazırlığını və əməliyyatları icra etmək qabiliyyətini yüksəltməklə onların uyarlılığına nail olmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 295

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15