Müsavat başqanının müavininin həbs müddəti azaldılmadı
14 iyul 2015 15:16 (UTC +04:00)

Müsavat başqanının müavininin həbs müddəti azaldılmadı

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, prosesdə qərar elan edilib. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

 

Qeyd edək ki, Fərəc Kərimli Cinayət Məcəlləsinin 234-cü( qanunsuz narkotik maddələrin dövriyyəsində) təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 319
avatar

Səlcuq Elçin

Oxşar yazılar