Müğənniyə polis kapitanı rütbəsi verildi
09 aprel 2014 11:33 (UTC +04:00)

Müğənniyə polis kapitanı rütbəsi verildi

Cahangir Qurbanov aldığı rütbəyə görə sevincini gizlətməyib 
 

 

Opera müğənnisi Cahangir Qurbanova kapitan rütbəsi verilib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Cahangir Qurbanov aldığı rütbəyə görə sevincini gizlətməyib. "Azərbaycan Respublikasina xidmət edirəm!" deyən Cahangir Qurbanov, yeni aldığı hərbi rütbəyə görə DİN-nin rəhbərliyinə təşəkkür edib: "İncəsənətə göstərilən qayğı və diqqətə görə cənab nazir - general polkovnik Ramil Usubova və onun müavini Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədova isə xüsusi təşəkkürümü bildirirəm".

Xatırladaq ki, kapitan-müğənni Opera və Balet Teatrı ilə yanaşı Daxili İşlər Nazirliyin hərbi orkestrinin solistidir.

 

 

 

# 2069
avatar

Oxşar yazılar