MTN generalının həbs müddəti uzadıldı
07 aprel 2017 12:33 (UTC +04:00)

MTN generalının həbs müddəti uzadıldı

 
 
MTN-in sabiq Antiterror Mərkəzinin  rəisi, general-mayor Elçin Quliyev və digərlərinin həbs müddəti uzadılıb.
 
Lent.az-ın məlumatına görə, Səbael rayon Məhkəməsində keçirilən prosesdə istintaq tərəfinin verdiyi təqdimata baxılıb. Prosesdə qərar elan olunub. Qərara əsasən, general və digərləri barəsində həbs  müddəti bir ay artırılıb. 
 
 
Xatırladaq ki,  Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi  olub. 
Daha sonra MTN barəsində aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək general-mayor MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. 
 
Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
 
 
 
Xatırladaq ki, Elçin Quliyev və digərlərin cinayət işi bir müddət əvvəl yekunlaşaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 126
avatar

Səlcuq Elçin

Oxşar yazılar