"Zərərçəkmiş Türkiyəyə qaçıb" - <span style="color:red;">Vəkil
19 may 2016 17:37 (UTC +04:00)

"Zərərçəkmiş Türkiyəyə qaçıb" - Vəkil

0

Bu gün Nərimanov Rayon Məhkəməsində ləğv edilən MTN-in Monitorinq Mərkəzinin həbsdə olan sabiq rəisi Teymur Quliyevin villasında usta işləyən Ramil və Vasif Aslanovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Lent.az-a bu barədə vəkil Adəm Məmmədov məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesin təxirə salınmasına səbəb zərəçəkmiş şəxs Həsənov Elmir Abid oğlunun məhkəməyə gəlməməsi olub:

"Zərəçəkmiş şəxs Həsənov Elmir Abid oğlu ötən prosesdə olduğu kimi, yenə məhkəmə iclasına gəlmədi. Həmin şəxs iki qardaşın qanunsuz həbs olunmasında verdiyi yalan ifadəyə görə, həmçinin bir çox şəxsin pulunu ələ keçirdiyi üçün özünün də həbs olunacağından qorxaraq ölkədən qaçıb. Ötən məhkəmə prosesində zərərçəkmiş barəsində məcburi gətirilmə ilə bağlı qərar çıxarılıb. Onun hazırda Türkiyədə olduğu müəyyən edilib".

Məhkəmənin növbəti prosesi mayın 31-nə təyin olunub.

Qeyd edək ki, Elmir Həsənovun şikayəti əsasında Ramil və Vasif Aslanov qardaşları barəsində Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar