MTN-in idarə rəisinin məhkəməsi keçirilib
28 mart 2016 13:37 (UTC +04:00)

MTN-in idarə rəisinin məhkəməsi keçirilib

0

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində bir müddət əvvəl ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Sübahir Qurbanovun  apellyasiya şikayətinə baxılıb. 

 

Lent.az-ın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi keçirilən prosesdə qərar elan olunub.  Məhkəmə onun şikayətini təmin etməyib.

 

Qeyd edək ki, bir müddət əvvəl Səbail rayon Məhkəməsinin qərarı ilə S. Qurbanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 506

Oxşar yazılar