Mövsüm Səmədov qapalı rejimli həbsxanaya köçürüləcək
14 iyun 2017 17:26 (UTC +04:00)

Mövsüm Səmədov qapalı rejimli həbsxanaya köçürüləcək

0

 

Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun cəza rejimin dəyişdirilməsi ilə bağlı məhkəmə keçirilib.

 

Lent.az-a bu barədə vəkil Yalçın İmanov məlumat verib. O bildirib ki, Qaradağ rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Mövsüm Səmədovun 3 il müddətinə  Qobustandakı qapalı rejimli həbsxanaya köçülməsi ilə bağlı təqdimat təmin edilib.

 

Vəkil onu da qeyd edib ki, qərardan apellyasiya şikayəti veriləcək.

 

Qeyd edəki ki,  12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədov Qaradağ rayon Məhkəməsinə təqdimat verərək bildirib ki, Mövsüm Səmədovun həbsxanada islaholunmaz məhkumdur və radikal olaraq şiə söhbətləri edir, başqa məhkumları rəhbərliyə qarşı çıxmağa sövq edir.  Rəis təqdimatında Mövsüm Səmədovun 3 illik Qobustandakı qapalı rejimli həbsxanaya göndərilməsi istəyib.

 

Onu da qeyd edək ki,  2011-ci ildə Mövsüm Səmədov dövlət çevrilişində, qanunsuz silah saxlamaqda  təqsirləndirilərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar