Mövqelərimiz atəşə tutulub
05 sentyabr 2013 09:33 (UTC +04:00)

Mövqelərimiz atəşə tutulub

Cəbhədə vəziyyət gərginləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Xocavənd rayonunun Kuropatkino, Ağdamın Sarıcalı, Goranboyun  Tapqaraqoyunlu, Tərtərin Göyarx və Füzulinin Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

 

 

# 292
avatar

Oxşar yazılar