Moskvada adam oğurluğu və soyğunçuluqda şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb.
APA-nın Rusiya DİN Baş İstintaq İdarəsinin saytına istinadən verdiyi məlumata görə, onlar sonuncu belə əməli noyabrın 20-də törədiblər. Onlar Moskva sahibkarlarından birini oğurlamağa çalışsalar da, buna nail ola bilməyiblər.
Hadisədən 6 gün sonra isə saxlanılıblar. Yaşadıqları ünvanda axtarış zamanı soyuq silah və noyabrın 20-də hadisə yerindən qaçdıqları avtomobil aşkarlanıb.
Onlardan biri daha əvvəl Azərbaycanda qətl hadisəsi törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.
Hazırda həmin şəxslərin daha hansı cinayətlər törətdiyi araşdırılır.