Moskvada restoranlardan birində aşbaz işləyən azərbaycanlı qətlə yetirilib. ANS PRESS-ın məlumatına görə, 1988-ci il təvəllüdlü həmyerlimizə 20 bıçaq zərbəsi vurulub.
Aşbazın meyiti şəhərin Marşal Zaxarov küçəsində aşkar edilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qətlə yetirilən şəxsi 3 nəfər Şimali Qafqazdan olan şəxs bıçaqlayıb.
Faktla bağlı "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanılıb..