Müdafiə Nazirliyi sistemində yeni kadr dəyişikliyi olub.
APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq əmri ilə Mühafizə Alayının komandiri, polkovnik-leytenant Sadiq Yəhyazadə tutduğu vəzifədən azad edilib. Bu vəzifəyə qərb bölgəsində yerləşən hərbi hissələrdən birinin komandiri təyinat alıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, sülhməramlı tabor da Mühafizə Alayının tərkibində yerləşir.