<b>Minaaxtaranlar cəbhə bölgəsində xüsusi əməliyyatlar apadılar</b>
23 may 2016 19:09 (UTC +04:00)

Minaaxtaranlar cəbhə bölgəsində xüsusi əməliyyatlar apadılar

0

Bu gün 6 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 10 partlayış yerinə baxış keçirilmiş, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd Qrad raketinin mühərrik hissəsi və 122 mm-lik partlamamış OF-56 top mərmisi) və  gün ərzində 21 190  kv. m ərazi təmizlənib.

 

 

ANAMA-dan Lent.az-a verilən məlumata görə, ümumilikdə agentlik tərəfindən 7 Aprel - 23 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 515 ev və həyətyanı sahə,  2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 453 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Hal-hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 197

Oxşar yazılar