Mina partlaması nəticəsində ağır yaralanan əsgərlərin vəziyyəti stabilləşib
09 aprel 2014 11:47 (UTC +04:00)

Mina partlaması nəticəsində ağır yaralanan əsgərlərin vəziyyəti stabilləşib

Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan və Bakıya təxliyə olunan əsgərlər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həkim nəzarətindədirlər.


 

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Hazırda əsgərlərin vəziyyəti stabildir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yaralıların vəziyyəti barədə yeniliklər olduqda KİV məlumatlandırılacaq.

 

Yaralı əsgərlərdən Musayev Bəhruz Məhəmmədəli oğlu və Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyə olunaraq təcili təxirəsalınmaz yardım göstərilməsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.

 

Qeyd edək ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu - kapitan Orucəliyev Ceyhun Cəlil oğlu, əsgər Kərimov Seyfəddin Nəvai oğlu və əsgər Abdullayev Novruz Qurban oğlu həlak olub, 6 əsgər - Musayev Bəhruz Məhəmmədəli oğlu, Mirzəyev Alı Pənah oğlu, İsgəndərzadə Azər Eyyub oğlu, Zülfüqarov Mürsəl İbrahim oğlu, Cəbrayılov Sadiq Misirxan oğlu və Talıbov Emin Talıb oğlu yaralanıb. 

 

İlkin araşdırmaya əsasən, partlayışa müharibə dövründən qalma tank əleyhinə mina səbəb olub. Mina çox dərində yerləşdiyindən, onun xüsusi avadanlıqla aşkar edilməsi mümkün olmayıb, ərazidə aparılan qazıntı nəticəsində partlayış baş verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 747
avatar

Oxşar yazılar