Almaniya üçüncü Bundesliqasında 4-cü turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Maynts II" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan böyük hesablı qələbə ilə ayrılıb - 4:0.
Erat bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, 4 turdan sonra "Duysburq" 20 klub arasında 8 xalla 3-cü yerdə qərarlaşıb.