Milli komandanın futbolçusu zorlamaya görə tutuldu
16 may 2013 11:30 (UTC +04:00)

Milli komandanın futbolçusu zorlamaya görə tutuldu

Fransa milli komandasının və İngiltərənin KPR klubunun futbolçusu Loik Remi Londonda həbs olunub. Lent.az-ın “The Daily Mail”ə istinadən verdiyi məlumata görə, 26 yaşlı hücumçudan əlavə, onun əmioğlusu və dostu da saxlanılıb.

 

Onlar adı açıqlanmayan 34 yaşlı qadının polisə şikayəti əsasında tutulublar. Həmin qadın bildirib ki, mayın 6-da Reminin mənzilində futbolçunun əmioğlusu və dostu ilə birgə olub. Qadın onlardan birinin təklifi ilə alkoqol qəbul edib və huşunu itirib. Güman edilir ki, qadın huşsuz vəziyyətdə ikən zorlanıb. Şübhəli şəxslər şikayətdən bir həftə sonra saxlanılıblar. Hazırda onlar polis idarəsindədirlər.

 

Qeyd edək ki, Loik Remi KPR-ə yanvarda Fransa “Marsel”indən keçib. Artıq bu klubun Premyer Liqanı tərk edəcəyi dəqiqləşib. Remi Fransa millisində 19 oyuna 4 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1463
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21