Millət vəkili Qənirə Paşayeva Bolu valisi İbrahim Özçimenlə görüşüb. Lent.az-ın məlumatına görə, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Q. Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib.
Azərbaycanı çox sevdiyini deyən Bolu valisi iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasından böyük məmnuniyyət duyduğunu deyib.
Görüşün sonunda millət vəkili Q. Paşayeva İ. Özçimenə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı kitab və materiallar və özünün müəllifi olduğu əsərləri də təqdim edib.