Ceyhun Osmanlı Xədicə İsmayılın səs yazısını  prokurorluğa təqdim edib - <span style="color:red;">YENİLƏNİB
19 fevral 2014 22:14 (UTC +04:00)

Ceyhun Osmanlı Xədicə İsmayılın səs yazısını prokurorluğa təqdim edib - YENİLƏNİB

Millət vəkili Ceyhun Osmanlı jurnalist Xədicə İsmayılın səs yazısını bu gün prokurorluq orqanlarına təqdim edib.

 

APA-nın xəbərinə görə, millət vəkili bu barədə “facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb. C. Osmanlı bildirib ki, X. İsmayılın Art Garden restoranındakı görüşünün audio yazısı olan şəxsi telefonunu bu gün prokurorluq orqanlarına təqdim

edib.

 

C. Osmanlı “facebook” səhifəsində yazıb: “Mən Brüsseldə səfərdə olan zaman jurnalist Xədicə İsmayıl növbəti dəfə adımı öz “facebook” səhifəsində yad etdi. “Jurnalist” Xədicə İsmayılın Art Garden restoranında özünə yaxşı məlum olan, amma başqalarına az məlum olan görüşünün audio yazısı olan şəxsi telefonumu bu gün Baş Prokurorluğa tәqdim etdim. Xәdicә xanımın yüksәk sәslә danışdığını hәr kәs bilsin deyә”.

 

Millət vəkili daha sonra belə bir sonluq yazıb: “Vәtәnә xәyanәt bağışlanılmır!!!”. C. Osmanlı APA-ya açıqlamasında statusu özünün yazdığını təsdiqləyib.

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda X. İsmayılın ABŞ xüsusi xidmət orqanlarının  iki nümayəndəsi ilə İçərişəhərdəki ART Garden  restoranında görüşdüyü və onlara Azərbaycan müxalifətindən hakimiyyətə işləyən “casusların” siyashının təqdim etdiyi barədə yazılmışdı. Həmin məlumatlarda görüşün keçirildiyi vaxt millət vəkili Ceyhun Osmanlının da eyni restoranda olduğu vurğulanmışdı.

 

# 3921
avatar

Oxşar yazılar