Fransanın paytaxtı Parisdə saxlanılan şəxs polisin silahını ələ keçirib və onlardan ikisini yaralayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə ötən gün Parisin 13-cü dairəsinin polis komissarlığında baş verib. Məişət zorakılığı törətdiyinə görə tutulan şəxs polis məmurunun silahını alaraq atəş açıb. Nəticədə iki polis əməkdaşı yaralanıb. Onların vəziyyəti ağırdır.
Məlumata görə, atəş açan şəxs də ağır yaralanıb. Hadisə yerinə təcili yardım maşınları cəlb olunub.