APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, 1966-cı il təvəllüdlü, Gədəbəy rayon sakini İlham Faiq oğlu Abbasovun idarə etdiyi “Mercedes Spirinter” markalı mikroavtobusun qəzaya uğraması nəticəsində avtomobildə olan 13 sərnişindən 5-i xəsarət alıb.
Xəsarət alanlardan Şirvan sakini 1985-ci il təvəllüdlü Həsənov Hüseyn Mirzağa oğlu və Göy-Göl rayon sakini 1967-ci il təvəllüdlü Ramizov Rövşən İbrahim oğlu vəziyyətləri ağır olduğu üçün Bakı şəhərinə aparılıb. Şəmkir rayonunun Seyidlər kənd sakini 1985-ci il təvəllüdlü İbadov Vasif Yunis oğlu kəllə travması ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. İbad Əliyev adlı xəstə isə ambulator yardım alaraq evə buraxılıb. Bir nəfər yaralı Hacıqabul rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq idarəsi tərəfindən araşdırma aparılır.
* * *
16.31
Azərbaycanda sərnişin avtobusu ağır qəza törədib. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Bakı-Qazax yolunun 149-cu kilometrliyində, Hacıqabul rayonun Qarasu kəndində qeydə alınıb.
1966-cı il təvəllüdlü, Gədəbəy rayon sakini İlham Faiq oğlu Abbasovun idarə etdiyi “Mercedes Spirinter” markalı, Qazax-Bakı istiqamətində hərəkət edən mikroavtobus idarəetməni itirərək aşıb.
Qəza nəticəsində avtomobildə olan 13 nəfər sərnişindən 5-i xəsarət alıb. Xəsarət alanların biri Hacıqabul Mərkəzi Xəstəxanasına, 4-ü Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib. Onların ikisi cərrahiyə şöbəsinə, digər ikisi isə reanimasiyaya yerləşdirilib. Qəza nəticəsində xəsarət alan digər bir sərnişinin qollarının amputasiya ediləcəyi gözlənilir.
Hazırda qəza nəticəsində xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.