Metroda soyğunçuluq etməkdə təqsirləndirilən Bəxtiyar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, B. Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti, Yasamal RPİ 26-cı PB və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il yanvarın 25-də Bakı şəhər sakini Yaqut Dadaşovanın içərisində 33 manat, sənəd və mobil telefonu olan pul kisəsini soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Astara rayon sakini Bəxtiyar Əliyev tutulub.