Metroda qadının çantasına girən kişi yaxalandı
09 noyabr 2017 15:13 (UTC +04:00)

Metroda qadının çantasına girən kişi yaxalandı

Bakı Metropolitenində oğurluq etmiş şəxs saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 8-də metronun “Nizami” stansiyasında Şamaxı rayon sakini X.Mürsəlovanın çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf İsgəndərov Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar