Mətanət Əzizovanın əri və oğlu ölkədən buraxılmadı
22 may 2014 14:34 (UTC +04:00)

Mətanət Əzizovanın əri və oğlu ölkədən buraxılmadı

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın əri və oğlu ölkəni tərk etmək istərkən saxlanılıblar. Lent.az-ın xəbərinə görə bu barədə “Azadlıq” qəzetinə Leyla Yunus məlumat verib. L.Yunus dediyinə görə, dünən axşam saatlarında Azərbaycanın Gürcüstanla sərhədində M.Əzizovanın həyat yoldaşı Eldar Əzizov və oğlu saxlanılaraq ölkədən buraxılmayıblar. 

Mətanət Əzizovanın anası, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı xəbəri təsdiq edib. Hüquq müdafiəçisi deyib ki, kürəkəni ilə nəvəsi Gürcüstana gedəndə sərhəddə saxlanılıblar: "Onları saxlayan sərhədçilər deyiblər ki, sizin ölkədən çıxmağınıza icazə yoxdur. Konkret səbəb isə göstərilməyib".

Qeyd edək ki, Mətanət Əzizovanın adı Leyla Yunusun məşhur "erməni işi"ində hallanır. M.Əzizova bu işlə bağlı bundan əvvəl prokurorluqda iki dəfə dindirilib. M.Əzizova hazırda xaricdədir. Onun harada olduğu bilinmir, daha doğrusu, ailə üzvləri tərəfindən gizli saxlanılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1624
avatar

Oxşar yazılar