Mətanət Əsədova keçmiş "Nida"çını məhkəməyə verdi
08 iyul 2015 16:45 (UTC +04:00)

Mətanət Əsədova keçmiş "Nida"çını məhkəməyə verdi

0

Müğənni Mətanət Əsədova internetdə onu təhqir edən keçmiş “Nida”çı Elsevər Mürsəllini məhkəməyə verib. Bu barədə Lent.az-a müğənninin vəkili Ceyhun Yusifov məlumat verib. Vəkil deyib ki, Elsevər Mürsəlli Mətanət Əsədovanın ünvanına təhqiredici ifadələr işlədib. Ceyhun Yusifov Elsevər Mürsəlli barəsində Nəsimi rayon Məhkəməsinə müraciət edərək onun həbs edilməsini istədiklərini deyib. Vəkil keçmiş “Nida”çı barəsində Cinayət Məcəlləsinin 148( təhqir) maddəsi ilə cinayət işi başlanmasını istəyib.

 

Qeyd edək ki, Elsevər Mürsəlli bir müddət bundan qabaq özünün internet səhifəsində Mətanət Əsədova və onun həbsdə olan bacısı haqqında qeyri-etik sözlər işlətmişdi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 411

Oxşar yazılar