Müğənni Mətanət Əsədovanın internetdə onu təhqir etdiyi üçün şikayət ertdiyi sosial şəbəkə fəalı Elsevər Mürsəllinin məhkəməsi keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Xaçmaz rayon Məhkəməsinin hökmü dəyişdirilib. Yeni hökmə əsasən, Elsever Mürsəlli barəsində 3 ay həbs cəzası verilib. Elsəvər Mürsəlli məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, Elsevər Mürsəlli bir müddət bundan qabaq özünün sosial şəbəkədəki səhifəsində Mətanət Əsədova və onun həbsdə olan bacısı haqqında qeyri-etik sözlər işlətmişdi. Xaçmaz rayon Məhkəməsində Elsever Mürsəlli barəsində 6 ay şərti cəza verilib.
E.Mürsəlli daha əvvəl də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş və əfvlə azadlığa buraxılmışdı. O, həbsdə olduğu zaman NİDA Vətəndaş Hərəkatına üzv olmuş, azadlığa çıxmazdan əvvəl isə bəyanatla hərəkatdan ayrılmış və Yeni Azərbaycan Partiyasına üzv olduğunu bəyan etmişdi.