<b>Məşhur şirkətin baş mühasibinə <span style="color:red;">10 İL HƏBS CƏZASI </b>
28 aprel 2016 12:23 (UTC +04:00)

Məşhur şirkətin baş mühasibinə 10 İL HƏBS CƏZASI

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “S.A.B.A şirkəti” MMC-nin baş mühasibi Taleh Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Taleh Rəhimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “S.A.B.A şirkəti” MMC-nin direktoru Əvəz Səfərli Binəqədi Rayon Prokurorluğuna müraciət edib. O, şirkətdə 174 min 504 manatlıq maliyyə çatışmazlığı aşkarlandığını deyib. Daha sonra “S.A.B.A şirkəti” MMC-nin baş mühasibi Taleh Rəhimov şirkətin 174, 5 min manatını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

 Xatırladaq ki, “S.A.B.A. şirkəti” MMC 2000-ci ildən istehsal fəaliyyətinə başlayıb. Şirkət “Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. Şirkətin Azərbaycanın bütün regionlarında nümayəndəlikləri var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar