<b>Meşədə 56 yaşlı qadını zorlayan şəxsə</b><span style="color:red;"> AĞIR CƏZA
23 may 2016 13:57 (UTC +04:00)

Meşədə 56 yaşlı qadını zorlayan şəxsə AĞIR CƏZA

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini, 1977-ci il təvəllüdlü Ramiz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Ramiz Əliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, R.Əliyev seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinir. Hadisə Xaçmaz rayonunda baş verib. Ramiz Əliyev  meşədə olub. 56 yaşlı N. həmin ərazidən keçən zaman R.Əliyev qadını zorlayıb. O, daha sonra qadını təhdid edərək ondan pul kisəsindəkiləri də istəyib. Zərərçəkən pulqabındakı 4 manatı da Ramiz Əliyevə verib.  N. daha sonra hadisə ilə bağlı Xaçmaz rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.  Faktla bağlı Ramiz Əliyev saxlanılıb.

 

Ona Cinayət Məcəlləsinin 149-ci (zorlama),150-ci ( seksual xarakterli zorakılıq hərəkətləri), 180-cı ( soyğunçuluq), 181-ci(hədə-qorxuyla pul tələbetmə) maddələri ilə ittiham verilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 461

Oxşar yazılar