Meşə yanğınları ilə bağlı 20 milyon dollar ayrılacaq
26 avqust 2019 15:57 (UTC +04:00)

Meşə yanğınları ilə bağlı 20 milyon dollar ayrılacaq

0
 
G7 ölkələri Amazon ölkələrinə meşə yanğınları ilə mübarizə aparmaq üçün təcili olaraq 20 milyon dollar yardımın ayrılması ilə bağlı razılığa gəliblər.
 
APA-nın "Sky News" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.
 
E. Makron ABŞ Prezidenti Donald Trampın G7 sammitinin iqlim və biomüxtəliflik sessiyasında iştirak etmədiyini, lakin qəbul olunan qərarla bağlı məlumatlandırıldığını bildirib. Fransa Prezidenti amerikalı həmkarının təcilli maliyyə dəstəyinin ayrılması ilə bağlı G7-nin təşəbbüsünü dəstəklədiyini qeyd edib.
 
E.Makron tropik meşələrin qorunması üçün uzunmüddətli qlobal təşəbbüsün başladılacağını da əlavə edib.  
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 640

Oxşar yazılar