Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında azyaşlı uşaq köməksiz vəziyyətdə qalıb. Lent.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Xilasedicilər 19 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsinə xüsusi alət və avadanlıqlar vasitəsilə 17-ci mərtəbədəki mənzilin eyvanından enərək daxil olub. Xilasedicilər 2008-ci il təvəllüdlü Mirzәyev Әli Rәşad oğlunu xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Tibbi yardım stansiyasının həkimləri hadisə yerində olan APA-nın müxbirinə bildirib ki, uşağın vəziyyəti normaldır, onun səhhətində heç bir problem yoxdur.