Mənzil dəllalının məhkəməsi başladı
19 iyun 2015 14:17 (UTC +04:00)

Mənzil dəllalının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bakı şəhər sakini İman Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramov sədrliyi ilə keçirillən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 24-ə təyin edilib.

 

Qeyd edək ki, “RUM” Mənzil-Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı kooperativin icraçı direktoru İman Hüseynovun “RUM” MTK-nın direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək Xətai rayonunda inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzilləri başqa şəxsə satması, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsi üzə çıxıb.

Belə ki, Xətai rayonu, M.Hadi küçəsi 41 saylı ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 min 550 manat məbləğində vəsaitin özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirilməsində şübhələr üçün əsaslar olduğundan cinayət işi başlanıb. İ.Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (cəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330

Oxşar yazılar