Mənzil dəllaların məhkəmə istintaqı yekunlaşdı
30 iyun 2015 15:43 (UTC +04:00)

Mənzil dəllaların məhkəmə istintaqı yekunlaşdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Karat” MTK-ın vəzifəli şəxsləri Rövşən Hacızadə və Qərib Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.  Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. Amma təqsirləndirilən şəxslərdən birinin vəkili məhkəmə iclasında iştirak edə bilmədiyi üçün prokuror çıxış etməyib. Məhkəmə iclası iyulun 2-dək təxirə salınıb. 

 

Qeyd edək ki, “Karat” MTK-nın icraçı direktoru Rövşən Hacızadə tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olub tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Onlar MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər.  Rövşən Hacızadə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), Qərib Əmiraslanova isə 178.3.2-ci maddəsi ilə ittiham olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Səlcuq Elçin

Oxşar yazılar