Sabiq nazirin qohumunu öldürən qadının məhkəməsi davam edib
04 avqust 2016 18:03 (UTC +04:00)

Sabiq nazirin qohumunu öldürən qadının məhkəməsi davam edib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadələrinin başa çatdığı bildirilib. Sənədlərin tədqiqi mərhələsinə keçirilib. Daha sonra hakim X.İsgəndərovanın və şahid Sahib İsgəndərovun ilik istintaq zamanı verdiyi ifadəsini elan edib. Proses avqustun 5-ə təyin edilib.

 

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yaxınlığında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

 

Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Səlcuq Elçin

Oxşar yazılar